Operativ Məlumat Mərkəzi

Mülki Aviasiya Agentliyinin səlahiyyətləri artırılıb

2 dəq
Paylaş:
Mülki Aviasiya Agentliyinin səlahiyyətləri artırılıb

Rəqəmsal İnkişaf və Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yanında Aviasiya Təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyevin “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə imzaladığı Fərmanda deyilir.

Fərmana əsasən, katiblik Komissiyanın fəaliyyətini və iclasları ilə bağlı təşkilati məsələləri həll edir; komissiyanın müzakirəsinə çıxarılacaq məsələlərlə bağlı sənədləri hazırlayır, kargüzarlıq işlərini həyata keçirir, iclasların protokollarını tərtib edir, eləcə də iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə və üzvlərinə təqdim edir; aidiyyəti dövlət orqanlarından və qurumlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır; Komissiyanın qərarlarının icrası ilə əlaqədar tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır və nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax