Mülki Aviasiya Agentliyinin səlahiyyətləri artırılıb

Mülki Aviasiya Agentliyinin səlahiyyətləri artırılıb
20.04.2023 16:30
Aa
dəq

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə imzaladığı Fərmanda deyilir.

Fərmana əsasən, katiblik Komissiyanın fəaliyyətini və iclasları ilə bağlı təşkilati məsələləri həll edir; komissiyanın müzakirəsinə çıxarılacaq məsələlərlə bağlı sənədləri hazırlayır, kargüzarlıq işlərini həyata keçirir, iclasların protokollarını tərtib edir, eləcə də iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə və üzvlərinə təqdim edir; aidiyyəti dövlət orqanlarından və qurumlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır; Komissiyanın qərarlarının icrası ilə əlaqədar tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır və nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır.

Həftənin ən çox oxunanları

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
DAVAMIN OXU davamın oxu

Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz

Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə Azərbaycan hərbçilərinin qəhrəmanlığından danışıb

İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə Azərbaycan hərbçilərinin qəhrəmanlığından danışıb
DAVAMIN OXU davamın oxu