Operativ Məlumat Mərkəzi

Müdafiə Nazirliyi: Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

2 dəq
Paylaş:
Müdafiə Nazirliyi: Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Ordusunda şəxsi heyətin asudə vaxtının səmərəli təşkili və ruh yüksəkliyinin daha da artırılması məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin xidmətindən məlumat verilib.

Bildirilib ki, cari ilin tədbirlər planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Ordusunda hərbi üçün mədəni-kütləvi tədbirlər və müxtəlif tarixi muzeylərə ekskursiyalar edilir.

Tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda təqdim edilən konsert proqramlarında ifa olunan musiqilər və rəqslər şəxsi heyət tərəfindən alqışlarla qarşılanır.

Silsilə tədbirlərdə, həmçinin "Əsgərə məktub" layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılır. Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla oxuyurlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax