Əsas məzmuna keç

Müdafiə Nazirliyi: Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Müdafiə Nazirliyi: Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Ordusunda şəxsi heyətin mədəni vaxtının səmərəli təşkili və ruh yüksəkliyinin daha da artırılması məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cari ilin tədbirlər planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Ordusunda hərbi üçün mədəni-kütləvi tədbirlər və müxtəlif tarixi muzeylərə ekskursiyalar təşkil edilir.

Tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda təqdim edilən konsert proqramlarında ifa olunan musiqilər və rəqslər şəxsi heyət tərəfindən alqışlarla qarşılanır.

Silsilə tədbirlərdə, həmçinin "Əsgərə məktub" layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılır. Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla oxuyurlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…