Əsas məzmuna keç

Azərbaycanın Su-25 təyyarələri Türkiyədə təkmilləşdiriləcək

Azərbaycanın Su-25 təyyarələri Türkiyədə təkmilləşdiriləcək

İyulun 26-da Respublikası ilə Respublikasının TUSAŞ arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“IDEF - 23” 16-cı Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün və digər rəsmilər iştirak edib.

Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın diqqətdə saxladığı layihədə qardaş ölkənin müdafiə sənayesinin daxili, eləcə də milli imkan və vasitələrindən maksimum istifadə edilməsi nəzərdə tutulub.

Foto qalereya

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…