Operativ Məlumat Mərkəzi

Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları səfirliyin nəzarətindədir

2 dəq
Paylaş:
Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları səfirliyin nəzarətindədir

Moskvanın Jukovski hava limanında vətəndaşları ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.

Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Federasiyasına gəlməmişdən 72 saat öncə proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər: “Ona görə də, bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında saxlanılanlar orada bir həftəyə qədər də saxlanıla bilirlər. orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də, sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımızı Azərbaycana sabah göndərsinlər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər”, deyə həmsöhbətimiz bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax