Operativ Məlumat Mərkəzi

Moskva prospektində xüsusi hərəkət zolağı təşkil edilib

2 dəq
Paylaş:
Moskva prospektində xüsusi hərəkət zolağı təşkil edilib

Moskva prospektinin Biləcəri enişi hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün xüsusi hərəkət zolağı edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AYNA-dan bildirilib.

Qeyd edilib ki, bununla da xüsusi hərəkət zolağının yeni hərəkət zolağı ilə əlaqələndirilməsi həyata keçirilib.

Buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu. avtobusları metronun “20 Yanvar” stansiyası istiqamətindən “Şamaxinka” adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, Şamaxinkadan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.

Məlumat üçün bildiririk ki, sözügedən yol sahəsindən keçən müntəzəm avtobuslarla gün ərzində ümumilikdə 90.000-dən çox sərnişin daşınır.

Xüsusi hərəkət zolağının təşkili ilə yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların marşrut üzrə rahat və vaxt itkisi olmadan hərəkəti təmin ediləcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax