Operativ Məlumat Mərkəzi

Moody’s: Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür

1 dəq
Paylaş:
Moody’s: Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür

iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Moody’s agentliyindən bildirilib.

Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda ümumdaxili məhsul (ÜDM) 4,1% artıb və 2025-ci ilin sonuna qədər təxminən 4% artım gözlənilir. Bu, 2023-cü ildəki cəmi 1,1%-lik artımla müqayisədə əhəmiyyətli bir irəliləyişdir. İqtisadi artım əsasən qeyri-neft sektoruna aid sahələr tərəfindən dəstəklənir.

"Dövlət borcu ÜDM-in 30%-indən aşağı qalacaq ki, bu da Azərbaycanın kredit etibarlılığı üçün müsbət amildir və Azərbaycanla eyni reytinqə malik olan və digər neft istehsalçıları, məsələn, Qazaxıstan (Baa1 stabil) ilə müqayisədə daha aşağıdır" - “Moody’s” əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax