Operativ Məlumat Mərkəzi

Moody’s: Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür

1 dəq
Paylaş:
Moody’s: Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür
bu barədə “Moody’s Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib. Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda ümumdaxili məhsul (ÜDM) 4,1% artıb və...

Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Moody’s Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda ümumdaxili məhsul (ÜDM) 4,1% artıb və 2025-ci ilin sonuna qədər təxminən 4% artım gözlənilir. Bu, 2023-cü ildəki cəmi 1,1%-lik artımla müqayisədə əhəmiyyətli bir irəliləyişdir. İqtisadi artım əsasən qeyri-neft sektoruna aid sahələr tərəfindən dəstəklənir.

"Dövlət borcu ÜDM-in 30%-indən aşağı qalacaq ki, bu da Azərbaycanın kredit etibarlılığı üçün müsbət amildir və Azərbaycanla eyni reytinqə malik olan ölkələr və digər neft istehsalçıları, məsələn, Qazaxıstan (Baa1 stabil) ilə müqayisədə daha aşağıdır" - “Moody’s” əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər