Operativ Məlumat Mərkəzi

"Mobil notariat"da çətinliklər yaranıb

2 dəq
Paylaş:
"Mobil notariat"da çətinliklər yaranıb

Ədliyyə Nazirliyinin "Mobil notariat" tətbiqi ilə ödənişlərin edilməsində yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirliyin istifadəçilərə müraciətində bildirilir.

Qurum bəyan edib ki, problem “ASAN Ödəniş” sistemində aparılan optimallaşdırma işləri ilə bağlıdır.

Xatırladaq ki, həm “Appstore”dan, həm də “Google Play”dan mobil cihazlara ödənişsiz yüklənən bu proqram təminatı vasitəsilə şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin versiyasının vahid mənbədə mobil telefonda saxlanılması, onların qüvvədən düşməsi barədə məlumatın dərhal alınması, habelə həmin sənədlərdən istifadə etməsi mümkündür. Həmçinin, "Mobil notariat" vasitəsilə vətəndaşlar vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada videoyazı vasitəsilə həftənin bütün günləri 24 saat ərzində əldə edə bilərlər.

"Mobil notariat" tətbiqi vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlamaq mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax