Əsas məzmuna keç

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kiberdələduzluq hallarına qarşı xəbərdar edib

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kiberdələduzluq hallarına qarşı xəbərdar edib

ETX ictimai yerlərdə naməlum şəxslərin kömək istəyi ilə bağlı biometrik məlumatların oğurlanması təhlükəsinə diqqət çəkib.

en ru

Son dövrlər qlobal miqyasda kiberdələduzların ictimai məkanlarda vətəndaşlara yaxınlaşaraq müxtəlif bəhanələrlə mobil telefonlarından istifadə etmək istəməsi halları artıb. Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına görə, bu üsulla dələduzlar insanların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar.

Mütəxəssislər xəbərdarlıq edir ki, həmin şəxslər vətəndaşın telefonunda videozəng, ekran yazısı və ya digər qeyd funksiyalarını aktivləşdirə bilərlər. Nəticədə şəxsin üz görüntüsü, səsi və toxunuş məlumatları qeydə alınaraq gələcəkdə müxtəlif cinayətkar məqsədlər üçün istifadə oluna bilər.

ETX vətəndaşları kibergigiyena qaydalarına əməl etməyə və aşağıdakı tövsiyələri nəzərə almağa çağırır:

  • Tanımadığınız şəxslərin mobil cihazlarına toxunmayın;
  • Naməlum şəxslərin telefonlarında heç bir təsdiq əməliyyatı yerinə yetirməyin;
  • Səsli və ya kamera vasitəsilə təsdiq tələb edən vəziyyətlərdə diqqətli olun;
  • Biometrik və şəxsi məlumatlarınızı kənar şəxslərlə bölüşməyin;
  • Azyaşlıları və yaşlıları bu cür dələduzluq üsulları barədə məlumatlandırın.

Şübhəli hadisələrlə qarşılaşdıqda vətəndaşlar Elektron Təhlükəsizlik Xidmətinin 1654 qaynar xətti və ya [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat verə bilərlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #gizli#videozəng
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…