Əsas məzmuna keç

Mixaylo Podolyak: "Silahların ləngiməsi itirilmiş vaxtdır"

Mixaylo Podolyak: "Silahların ləngiməsi itirilmiş vaxtdır"

Ofisinin müşaviri Mixaylo Kiyevin Qərbdəki tərəfdaşlarına müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o, tviterdə yazıb ki, Qərb müttəfiqlərinin Ukraynaya lazımi silah-sursatı təmin etməkdə ləngiməsi vaxt deməkdir.

“Bu vaxt ərzində isə ruslar dərin xətləri qazır, əraziləri minalayırlar”, - M.Podolyak deyib.

O bildirib ki, bu gün Rusiya cəbhəsini yarmaq məntiqli yanaşma tələb edir: “Bu gün Ukrayna üçün ən vacib məqam əsgərlərimizin həyatıdır”.

Müşavir həmçinin Ukrayna müdafiə qüvvələrinin cəbhə xəttində uğurla irəlilədiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…