Əsas məzmuna keç

Mişustin: ''Rusiya Aİİ ölkələri ilə ümumi maliyyə bazarı formalaşdırır''

Mişustin: ''Rusiya Aİİ ölkələri ilə ümumi maliyyə bazarı formalaşdırır''

bu barədə Rusiyanın baş naziri Mixail Mişustin 2025-ci il Moskva Maliyyə Forumunun iştirakçılarına müraciətində bildirib. "Aİİ-dəki həmkarlarımıza...

Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə maliyyə bazarının formalaşdırılması istiqamətində işləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mişustin 2025-ci il Moskva Maliyyə Forumunun iştirakçılarına müraciətində bildirib.

"Aİİ-dəki həmkarlarımıza gəlincə, biz artıq onlarla ümumi maliyyə bazarının formalaşdırılması istiqamətində işləyirik. Rusiya qiymətli kağızların transsərhəd qəbulu haqqında saziş imzalayıb", - Mişustin bildirib.

Rusiya hökumətinin başçısı fond bazarına inamın artırılmasının vacibliyini də bəyan edib. 2025-ci ildə Moskva Maliyyə 10 illiyini qeyd edəcək. Bu ilin əsas mövzusu “Maliyyə Sistemi: Problemlər və Məqsədlər”dir.

Moskva Maliyyə Forumu hər il maliyyə-iqtisadi siyasətin aktual məsələlərini, Rusiyanın maliyyə sisteminin uzunmüddətli sabitliyini müzakirə edir, Rusiya hökumətinin maliyyə-iqtisadi sektorunun tənzimlənməsi üçün effektiv həllər hazırlayır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…