Əsas məzmuna keç

Misirin Süveyş kanalının gəliri regional gərginlik səbəbindən 40-50% azalıb

Misirin Süveyş kanalının gəliri regional gərginlik səbəbindən 40-50% azalıb

Misir prezidenti əs-Sisi ölkəsinin qlobal gəmiçilik marşrutu olan kanalından əldə etdiyi gəlirin 40-50 azaldığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Misirin rəsmi "MENA" agentliyi məlumat yayıb.

“Misir 2 il ərzində Covid-19 epidemiyasının, daha sonra Ukrayna-Rusiya böhranının, daha sonra isə onun nəticələrindən çəkib. Hazırda Qəzza zolağındakı böhranla Misirə ildə təqribən 10 milyard dollar gəlir gətirən gəmi dəhlizinin 40-50 faiz azaldığını görürsünüz. Biz şikayət etmirik, faktları danışırıq",- deyə Misir prezidenti qeyd edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…