Operativ Məlumat Mərkəzi

Mirziyoyev Azərbaycan və Türkmənistana Xəzərdəki yataqlarla bağlı Özbəkistanla əməkdaşlıq təklif edib

2 dəq
Paylaş:
Mirziyoyev Azərbaycan və Türkmənistana Xəzərdəki yataqlarla bağlı Özbəkistanla əməkdaşlıq təklif edib

və Türkmənistana Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində perspektivlərini araşdırmağı təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu təkliflə Özbəkistan lideri Şavkat avqustun 22-də Türkmənistanda İlham Əliyevin və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə çıxış edib.

Bundan əlavə, Ş.Mirziyoyev Özbəkistanın Xəzər dənizi vasitəsilə yüklərin daşınması üçün öz bərə daşıma güclərini yaratmaqda maraqlı olduğunu bildirib.

"Enerji təhlükəsizliyini təmin etmək məqsədilə əməkdaşlığın dərinləşdirilməsi və enerji resurslarının üçüncü ölkələrə ixracı üçün dəhlizlərin inkişafının zəruriliyi qeyd edilib. Bu baxımdan Avropaya "yaşıl enerji" tədarükünün təşkili layihəsi perspektivli adlandırılıb. Ənənəvi karbohidrogenlər hissəsində, Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərinin öyrənilməsi təklif edilib", - Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax