Operativ Məlumat Mərkəzi

MİQ üzrə vakansiya seçimində 1300-dən çox namizəd uğur qazanıb

2 dəq
Paylaş:
MİQ üzrə vakansiya seçimində 1300-dən çox namizəd uğur qazanıb

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 22-25 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1305 qazanaraq müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.

Müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər sentyabrın 2-si saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax