Əsas məzmuna keç

“Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə kimlərin təltif ediləcəyi məlum olub

“Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə kimlərin təltif ediləcəyi məlum olub

bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə...

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Respublikasının medalı ilə kimlrin təltif ediləcəyi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə parlamentin plenar iclasına tövsiyə edilən “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının Əsasnaməsində əksini tapıb.

Azərbaycan Respublikasının vətəndaşları, və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif ediləcəklər:

- minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;

- minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;

- minatəmizləmə sahəsində Azərbaycan Respublikasının əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılacaq.

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna , dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…