Operativ Məlumat Mərkəzi

Milli Məclisin payız sessiyası üzrə son plenar iclası dekabrın 29-da keçiriləcək

1 dəq
Paylaş:
Milli Məclisin payız sessiyası üzrə son plenar iclası dekabrın 29-da keçiriləcək

Milli Məclisin payız sessiyası üzrə son iclası dekabrın 29-da keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə parlamentin plenar iclasının sonunda məlumat verib.

Sədr qeyd edib ki, toplantının gündəliyi haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Bu il Nazirlər Kabinetinin qərarı ilə iş və günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da, 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri, 28 və 29 dekabr 2024-cü il tarixləri iş günləri olacaq.

Beləliklə, parlamentin payız sessiyası dekabr ayının sonuncu iş günüdə, ayın 29-u başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax