Operativ Məlumat Mərkəzi

Milli Məclis "Nəqliyyat haqqında" qanunda dəyişikliyi ilk oxunuşda qəbul edib

2 dəq
Paylaş:
Milli Məclis "Nəqliyyat haqqında" qanunda dəyişikliyi ilk oxunuşda qəbul edib

Dəmir Yolları” QSC (ADY) və onun strukturuna daxil olan qurumların öz istiqamətləri üzrə müvafiq işləri görməsi üçün lisenziya və icazə tələbinin ləğvini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı " haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə, öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi Məcəlləsi, “ yolları haqqında” və “Kosmik fəaliyyət haqqında” qanunlarla müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") də tətbiq edilib.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax