Əsas məzmuna keç

Abşeronda yol infrastrukturu yenilənir

Abşeronda yol infrastrukturu yenilənir

Milli Məclisin deputatı Nigar Məmmədova Milli Məclisinin payız sessiyası üzrə növbəti plenar iclasında çıxış edərək ölkədə aparılan dövlət siyasətinin...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Milli Məclisin deputatı Nigar Milli Məclisinin payız sessiyası üzrə növbəti plenar iclasında çıxış edərək ölkədə aparılan dövlət siyasətinin mərkəzində vətəndaşının dayandığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Deputat qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

Nigar Məmmədovanın sözlərinə görə, dövlət siyasətində regional infrastrukturun inkişafına xüsusi önəm verilir. O, Abşeron rayonu ərazisində yollarının əsaslı təmiri ilə bağlı Prezidentin imzaladığı son sərəncamın bunun bariz nümunəsi olduğunu vurğulayıb. Sərəncama əsasən, Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yolları əsaslı şəkildə yenilənəcək. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1 milyon 400 vəsait ayrılıb.

Deputat bildirib ki, yol infrastrukturunun yaxşılaşdırılması təkcə nəqliyyat əlçatanlığını artırmır, eyni zamanda ərazilərin sosial-iqtisadi inkişafına, əhalinin tibbi xidmətlərə, təhsilə və iş yerlərinə çıxışının genişlənməsinə şərait yaradır, təhlükəsizliyi və sahibkarlığın inkişafını stimullaşdırır.

Nigar Məmmədova əlavə edib ki, sözügedən sərəncam yerli səviyyədə mövcud real ehtiyacları nəzərə alır və mərkəzi, eləcə də regional icra orqanları arasında əməkdaşlığın gücləndirilməsinə imkan verir. O, göstərilən diqqətə görə Prezident İlham Əliyevə həm öz adından, həm də seçiciləri adından minnətdarlığını ifadə edib.

Afət ZİYADQIZI

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…