Operativ Məlumat Mərkəzi

Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqləyib

2 dəq
Paylaş:
Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqləyib

Milli Məclisin bu gün keçirilən plenar iclasında " Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

O bildirib ki, hazırda 2024-cü il və sonrakı 3 ildə makroiqtisadi sabitliyin qorunub saxlanılması və makrofiskal uyğunluğun təmin edilməsi məsələləri prioritet təşkil edir: "Büdcə layihəsində xərc istiqamətləri üzrə Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, sərhədlərin bərpası və mühafizəsinin daha da gücləndirilməsi, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial- Strategiyası”nın fəallaşdırılması məsələləri əsas prioritetlər kimi edilib. Bununla yanaşı, dövlətin əsas funksiyalarının həyata keçirilməsi, , elm, təhsil, səhiyyə sahələrində aparılan islahatların davam etdirilməsi ilə bağlı büdcə layihəsində vəsait nəzərdə tutulub".

Gələn il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 , xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri 3 milyard 379 milyon manat məbləğlərində müəyyən edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax