Operativ Məlumat Mərkəzi

Metronun iş rejimində dəyişiklik edilir

2 dəq
Paylaş:
Metronun iş rejimində dəyişiklik edilir

20 Yanvar - Hüzn Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində ediləcək

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Baki Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın ərazilərdə “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq:

“Qeyri-iş günü olsa da, ehtiyat xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı halda xəttə buraxılacaq.

Bütün ölkədə olduğu kimi, şəhidlərimizin xatirəsinə birdəqiqəlik sükut mərasimi 12:00-da Bakı metropoliteninin bütün stansiyalarında keçiriləcək və qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Bu məqsədlə xətlərdə olan bütün qatarlar stansiyalara çıxarılacaq.

Şəhidlərimizin xatirəsinə xüsusi ehtiram olaraq, Yanvar ayının 20-si günün birinci yarısında “20 Yanvar” stansiyasının platformasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək. Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə günün ruhuna uyğun vətənpərvərlik mövzusunda musiqi parçaları səsləndiriləcək. Qatarlarda stansiyaların adlarını maşinistlər səsləndirəcəklər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax