Operativ Məlumat Mərkəzi

"Meta" süni intellekt bölməsində 600 nəfəri işdən çıxarır

1 dəq
Paylaş:
"Meta" süni intellekt bölməsində 600 nəfəri işdən çıxarır

"Meta" (AI) bölməsində 600 vəzifəni ləğv etmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu qərar "Meta"nın son dövrlərdə süni intellekt imkanlarını artırmaq üçün həyata keçirdiyi genişmiqyaslı işə qəbullardan sonra verilib.

"Wall Street Journal" isə qeyd edib ki, işdən əməkdaşların böyük hissəsinə daxilində digər şöbələrə keçmək imkanı təklif olunacaq.

Süni intellekt bölməsinin baş direktoru Alexandr Wang tərəfindən əməkdaşlara göndərilən daxili məktubda bu qərarın komandanın daha çevik işləməsini təmin edəcəyi qeyd olunub.

Meta şirkəti isə AFP agentliyinin bu məsələ ilə bağlı sorğusuna cavab verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax