Operativ Məlumat Mərkəzi

Məsud Pezeşkian: İsrail ABŞ-ın dəstəyi ilə İrana qarşı qeyri-qanuni hücum edib

2 dəq
Paylaş:
Məsud Pezeşkian: İsrail ABŞ-ın dəstəyi ilə İrana qarşı qeyri-qanuni hücum edib

İsrail İrana qarşı qeyri-qanuni hücum edib, bu hücum ABŞ tərəfindən dəstəklənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran Prezidenti Məsud İqtisadi Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

İran Prezidenti deyib ki, 12 gün ərzində mülki insanlara qarşı da hücum olub, Atom Enerjisi üzrə Agentliyin himayəsində olan nüvə obyektlərinə hücum olub: “Biz qanuni özünümüdafiə hüququndan istifadə edərək bölgədə müharibənin qarşısını aldıq. ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb. Bu vəziyyət davam edərsə, bu, regionda iqtisadi inteqrasiyaya mənfi təsir edəcək. İƏT üzvlərinə məsuliyyətli mövqelərinə görə təşəkkür edirəm. İƏT-in son Zirvə görüşü belə qanunsuz hücumların pislənməsi üçün böyük fürsətə çevrildi”.

Məsud Pezeşkian qeyd edib ki, Çin, Rusiya və Körfəzlə sərhəddə İqtisadi Əməkdaşlıq Təşkilatı tranzit dəhlizlərinin təşkilində böyük rolu ola bilər.

İran Prezidenti İƏT Süni İntellekt Mərkəzinin yaradılmasını təklif edib: “İƏT-in böyük turizm potensialı var və 2025-əqədər bu sahədə qarşıya hədəflər qoyaraq həyata keçirə bilərik”.

O vurğulayıb ki, İran növbəti Zirvə görüşünə ev sahibliyi etməkdən şərəf duyardı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax