Operativ Məlumat Mərkəzi

Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB

2 dəq
Paylaş:
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB

İran İslam Respublikasının Prezidenti Məsud İqtisadi Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Füzuli Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

***

İran Prezidenti Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayi bildirib.

O qeyd edib ki, Pezeşkianın Azərbaycanda bir sıra dövlət başçıları, o cümlədən Türkiyə Prezidenti Rəcəp Tayyip ilə ikitərəfli görüşlər nəzərdə tutulub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax