Operativ Məlumat Mərkəzi

Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib

1 dəq
Paylaş:
Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib

Mərkəzi Bankı (AMB) beş bank təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, cərimə edilən təşkilatlar arasında " BOKT" MMC, “Finca Azerbaijan”, “FinEx Kredit”, “Kəpəz” BOKT MMC və “TCF” BOKT ASC yer alır.

Bildirilir ki, bu təşkilatlarda “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsi və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələbləri pozulub.

İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq, "Caspian Finance BOKT" MMC, “Finca Azerbaijan” və “FinEx Kredit”in hər birində bir vəzifəli şəxs 1 500 manat, “Kəpəz” BOKT MMC və “TCF” BOKT ASC-nin bir vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax