Operativ Məlumat Mərkəzi

Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir

2 dəq
Paylaş:
Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir

prospektində hərəkətin təşkilində dəyişiklik edilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Yerüstü Agentliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Mərdəkan prospektində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə təhlillər aparılıb.

Hazırda hava limanının ərazisindən çıxan nəqliyyat vasitələri Mərdəkan prospektinin kənar yolu ilə əksinə hərəkət edərək müxtəlif səviyyəli yol qovşağına istiqamətlənməklə Əli İsazadə küçəsinə yönləndirilir. Bu da nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi problemlərinin, qəza hallarının yaranmasına gətirib çıxarır.

Problemin aradan qaldırılması məqsədilə Mərdəkan prospektinin kənar yoluna müvafiq yol nişanları quraşdırılaraq hərəkət istiqaməti dəyişdirilir və hərəkət Zığ şosesi ilə birləşmədəki yol qovşağına yönləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax