Operativ Məlumat Mərkəzi

“Məktəblilərarası Milli Hakaton-2025”in olimpiada mərhələsi keçirilib

2 dəq
Paylaş:
“Məktəblilərarası Milli Hakaton-2025”in olimpiada mərhələsi keçirilib

Mayın 30-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli - 2025” müsabiqəsinin olimpiada mərhələsi baş tutub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

“Milli Hakaton”un seçim mərhələsində yüksək nəticə göstərmiş 1640 şagird olimpiada mərhələsində iştirak edib. Şagirdlərə mərkəzləşdirilmiş qaydada olunmuş imtahanda 3 saat ərzində bilik və bacarıqlarını nümayiş etdirmələri üçün 10 tapşırıq təqdim olunub. Burada “Kombinatorika”, “ ifadələr”, “Cədvəllər”, “Oyun nəzəriyyəsi”, “Alqoritmlərin təhlili”, “Məntiqi tənliklər” və digər mövzuları əhatə edən sualları cavablandırıblar.

Xatırladaq ki, imtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 12 mərkəzdə təşkil olunub. İmtahandan yüksək nəticə göstərən şagirdlər yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, dörd mərhələ və finaldan olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafı üçün maarifləndirici sessiya və seminarlar keçiriləcək.

Müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax