Əsas məzmuna keç

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

9 May - üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, həmin gün qatarların hərəkəti Aslanov-28 May” sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

“28 May” Yaşıl və Qırmızı xətlərin birləşdiyi stansiya olduğundan buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində və əksinə qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Sərnişin axınının istiqamətləri dəyişə biləcəyindən, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.

“Bakmil” stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günüqrafikindən istifadə etmələri xahiş olunur.

Həmin gün metropoliten istifadəçilərinin təhlükəsizliyi və sərnişin məmnunluğu nəzərə alınaraq, işçi heyətinin növbətçilik cədvəli əsasında iş də müəyyən olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…