Operativ Məlumat Mərkəzi

Malinin müvəqqəti Prezidenti baş naziri və hökuməti istefaya göndərib

2 dəq
Paylaş:
Malinin müvəqqəti Prezidenti baş naziri və hökuməti istefaya göndərib

Malinin müvəqqəti Prezidenti Assimi Qoita dövrünün Çoqel Kokalla Maiqa və onun hökumət üzvlərini istefaya göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" -in məlumatına görə, bu barədə "Malijet" portalı xəbər yayıb.

Maiqa 7 iyun 2021-ci ildən hökumətin başçısı vəzifəsində çalışırdı. O, ötən həftənin sonunda ölkənin hərbi rəhbərlərini keçid dövrünün başa çatma vaxtı ilə bağlı qərar verməyə çağırıb.

Malidə 2020-ci ilin yayından bu günədək iki hərbi çevriliş olub. Birinci çevriiş zamanı - 2020-ci ilin avqustunda İbrahim Bubakar Keyta hakimiyyətdən uzaqlaşdırılıb. Polkovnik Qoitanın başçılığı altında bir qrup hərbi zabit Ba Ndaonu müvəqqəti Prezident təyin edib. Lakin o, 2021-ci ilin mayında eyni hərbi qrup tərəfindən uzaqlaşdırılıb. Mali Konstitusiya Məhkəməsinin qərarı ilə Qoita keçid dövrü üçün təyin edilib.

Əvvəlcə ölkənin 2024-cü ilin fevralında keçid dövrünü başa vuracağı və azad, şəffaf prezident seçkilərinin keçiriləcəyi güman edilirdi. Sonra keçid dövrünün bitmə tarixi martın 26-na keçirilib.

Bu müddət bitdikdən sonra keçid dövrünün bitmə tarixi və seçkilər təxirə salınıb. Maiqanın aprelin 12-də dediyi kimi, Malidə prezident və ümumi seçkilər yalnız ölkədə vəziyyəti sabitləşdikdən sonra keçiriləcək. Mayın 10-da Malidə başa çatan milli dialoqda hakimiyyət orqanlarına ölkədəki keçid dövrünün iki ildən beş ilədək uzadılması tövsiyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax