Əsas məzmuna keç

Makron ölkəsindəki böhrana baxmayaraq səfərlərini davam etdirir

Makron ölkəsindəki böhrana baxmayaraq səfərlərini davam etdirir

bu barədə Fransa mətbuatı yazıb. Qeyd edilib ki, E.Makronun yanvarın 25-də Hindistana iki günlük səfərinin ardınca İsveçə gedib. Hindistanda olarkən o,...

Fransa Prezidenti Makron Qabriel Attalı ölkədəki böhranın önündə qoyaraq, planlaşdırdığı səfərlər cədvəlini sakitcə davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.

Qeyd edilib ki, E.Makronun yanvarın 25-də Hindistana iki günlük səfərinin ardınca İsveçə gedib. Hindistanda olarkən o, hökumətin siyasətindən narazı olan fermerlərin yolları bağladığı, blokadalar qurduğu və infrastruktura zərər vurulması ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib.

"Figaro" qəzeti yazır ki, xaricdə olarkən baş nazir fransız fermerlərinə diqqət əlamətləri göstərərək manevr etməyə çalışır.

Qeyd edək ki, Fransada fermerlərin etirazları son həftələrdə geniş vüsət alır. Onlar əsas magistral yolları bağlayır, müxtəlif maneələr ilə nəqliyyatın qarşısını kəsirlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…