Operativ Məlumat Mərkəzi

Macarıstanın müdafiə naziri "N" saylı hərbi hissədə olub

2 dəq
Paylaş:
Macarıstanın müdafiə naziri "N" saylı hərbi hissədə olub

Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi "N" hərbi hissəsini edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə nümayəndə heyəti Bakı və Sumqayıt şəhərlərində içərisində macar əsgərlərinin də olduğu hərbi əsirlərin dəfn olunduğu məzarlıqları ziyarət edərək abidələrin önünə əklillər qoyub, xatirələrini yad edib.

Macarıstanlı rayon icra hakimiyyətlərinin nümayəndələrinə məzarlıqlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonra "N" hərbi hissəsinə gələn nümayəndə heyətinə hərbi hissənin yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.

Qonaqlar burada hərbi qulluqçular üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində nümunəvi çıxışları izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax