Operativ Məlumat Mərkəzi

Lukaşenko və Pezeşkian arasında Minskdə görüş keçirilir

1 dəq
Paylaş:
Lukaşenko və Pezeşkian arasında Minskdə görüş keçirilir

Belarus Prezidenti və İran Prezidenti Məsud Pezeşkian arasında Minskdə görüş keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belta məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli perspektivlərini və vəziyyəti müzakirə edirlər.

Qeyd edilib ki, danışıqlar həm geniş, həm də məhdud tərkibdə keçiriləcək.

Məlumata görə, Lukaşenko və Pezeşkian Belarus və İran arasında ticarət, investisiya və sənaye kooperasiyası, elm, texnologiya və təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avrasiya İqtisadi İttifaqı, , BRICS və BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax