Operativ Məlumat Mərkəzi

Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək

1 dəq
Paylaş:
Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək

Belarus Prezidenti Aleksandr noyabrda COP29 iqlim konfransının keçiriləcəyi Bakı şəhərinə gəlmək planlarını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" BELTA-ya istinadən xəbər verir ki, bu barədə A.Lukaşenko Minskdə Əli Əsədovla görüşündə bildirib.

Ə.Əsədov Bakıda keçiriləcək COP29-da iştirakla bağlı İlham Əliyevin dəvət məktubunu Belarus Prezidentinə təqdim edib.

“Biz Sizin şəxsi iştirakınıza xüsusi önəm veririk, bu, konfransa ayrıca status verəcək”, - vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax