Operativ Məlumat Mərkəzi

Livanda ölənlər arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA

1 dəq
Paylaş:
Livanda ölənlər arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA

Xəbər kimi, İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə zərbələr endirib.

Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, aviazərbələr nəticəsində 492 nəfər ölüb, 1645 nəfər isə xəsarət alıb.

Azərbaycanın Livandakı səfirliyində vəziyyət necədir? Ölən və yaralananlar arasında varmı?

Xarici İşlər Nazirliyinin (XİN) katibi Ayxan Hacızadə bildirib ki, Livanda azərbaycanlıların sayı çox azdır:

“Ölüm və yaralanma halları barədə məlumat daxil olmayıb. Livandakı səfirliyimiz fəaliyyətini davam etdirir. Təxliyə barədə müraciət daxil olmayıb”.

XİN rəsmisi xatırladıb ki, vətəndaşlarına Livana səyahət etməmələri barədə xəbərdarlıq 3 avqust tarixində verilib.

Qeyd edək ki, artıq İsveçrə və öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib. (Qafqazinfo)

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax