Operativ Məlumat Mərkəzi

Liftlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib

1 dəq
Paylaş:
Liftlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib

Bakıda liftlərdə köməksiz vəziyyətdə qalan xilas edilib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 88 ünvanında doqquzmərtəbəli və Nizami rayonu, Qara Qarayev prospekti, 105 ünvanında yerləşən onyeddimərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax