Operativ Məlumat Mərkəzi

Latviya və Litva BMT-nin İqlim Dəyişikliyi Konfransından kənarda qala bilər

2 dəq
Paylaş:
Latviya və Litva BMT-nin İqlim Dəyişikliyi Konfransından kənarda qala bilər

nümayəndə heyətləri mənzil qiymətlərinin yüksəkliyi səbəbindən BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransında iştirakdan imtina edə bilərlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''Reuters'' məlumat yayıb.

Latviyanın İqlim və Energetika naziri Kaspars Melnis bildirib ki, konfrans zamanı mənzillərin qiymətləri olduqca yüksəkdir və bu, ölkə büdcəsi üçün əlavə yük yaradır:
“Biz mahiyyətcə bunun bizim üçün çox baha olduğuna qərar vermişik... İlk dəfədir ki, icarə bu qədər bahadır. Biz öz ölkəmizin büdcəsinə cavabdehik,” – deyə nazir qeyd edib.

Litva Energetika Nazirliyinin nümayəndəsi isə qeyd edib ki, “bir nəfərlik gecələmə qiymətinin 500 dolları ötməsi” xəbərlərindən sonra Litva də konfransda iştirak etməyəcək.

Qeyd edək ki, BMT-nin COP30 iqlim sammiti 2025-ci ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək. Tədbirdə 45 min nəfərə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir. Lakin şəhərdəki otellər cəmi 18 min nəfəri qəbul etməyə imkan verir. Yerləşdirmə qiymətləri isə 150-4400 dollar arasında dəyişir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax