Operativ Məlumat Mərkəzi

Lafont "Qalatasaray"a keçə bilər

1 dəq
Paylaş:
Lafont "Qalatasaray"a keçə bilər

""la müqaviləsi mövsümün sonunda başa çatacaq Muslera ilə bağlı qeyri-müəyyənlik davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 38 qolkiperin vətəni Uruqvaya qayıtmaq ehtimalı var.

"Qalatasaray" Musleranın gediş ehtimalını nəzərə alaraq qapıçı transferi üzərində işlərini davam etdirir.

"Sarı-qırmızılılar"ın siyahısında yer alan futbolçulardan birinin də "Nant"da çıxış edən Alban olduğu iddia edilir.

Fransa mətbuatında yer alan xəbərə görə, "Nant" bu yay 26 yaşlı futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

Bildirilib ki, “Nant” Lafont üçün gələcək transfer təkliflərini qəbul etməyə hazırdır.

Cari bazar dəyəri 4 milyon avro olaraq göstərilən Lafontun "Nant" ilə hazırkı müqaviləsi 2027-ci ilə qədər davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax