Operativ Məlumat Mərkəzi

Laçında Zabuxçay su anbarı istifadəyə verilib

3 dəq
Paylaş:
Laçında Zabuxçay su anbarı istifadəyə verilib

Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən, işğaldan azad olunanərazilərin bərpası çərçivəsində həyata keçirilən “Həkəri çayının sağ və sol sahilində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə suanbarının və boru kəmərinin layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində bir sıra işlər görülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Zabuxçay su anbarına təşkil edilən mediatur zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev deyib.

O bildirib ki, Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşənyeni yaradılan aqroparklar və digər istifadəçilərə məxsusümumilikdə 12 100 hektar əkin sahəsinin suvarma suyu ilətəmin edilməsi məqsədilə ümumi tutumu 27 milyon m³ olan Zabuxçay su anbarı və ondan qidalanan 51,6 km uzunluğunda təzyiqli magistral boru xətti inşa edilib:

“Zabuxçay su anbarının texniki göstəricilərinə nəzərsaldıqda, bəndin hündürlüyü 61 metr, uzunluğu 502 metr, bəndin üstdən eni isə 10 metr təşkil edir.

Su anbarının tikintisi zamanı bir sıra mühüm işlərhəyata keçirilib. Belə ki, Güləbird SES-ə aid 1,2 km-likderivasiya boru xətti, su anbarı bəndi və qəza sutullayıcısıtikilib, bina və ətraf infrastrukturlar tam şəkildəqurulub”.

İ.Quliyev qeyd edib ki, magistral boru kəməri də bu layihənin mühüm tərkibhissəsidir:

“Boru xəttinin ümumi uzunluğu 51 600 metrdir vəbu xətt Zabuxçay su anbarından çıxaraq Həkəri çayınınsağ və sol sahillərində yerləşən Qubadlı və Zəngilanrayonlarının ümumilikdə 12 100 hektar əkin sahəsinə suçatdırır. Su ötürmə qabiliyyəti başlanğıcda saniyədə 6,2 m³ təşkil edir. Kəmər yüksək təzyiqli çiləyici və damcılısuvarma sistemləri üçün nəzərdə tutulub və qapalısuvarma boru sisteminə əsaslanır. Layihənin praktiki nəticələri artıq özünügöstərməkdədir. Bu il Zəngilan və Qubadlı rayonlarınınərazisində yerləşən aqroparkların ümumilikdə 2900 hektarəkin sahəsi Zabuxçay su anbarından suvarma suyu ilə təmin edilib”.

“Bu layihə regionun aqrar inkişafında mühüm roloynamaqla yanaşı, əhalinin rifahının yüksəldilməsi vəkənd təsərrüfatında məhsuldarlığın artırılması baxımındanda əhəmiyyətli töhfə verir”, - deyə ADSEA rəsmisi əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax