Operativ Məlumat Mərkəzi

KXDR Cənubi Koreyaya xəbərdarlıq edib

2 dəq
Paylaş:
KXDR Cənubi Koreyaya xəbərdarlıq edib

Cənubi Koreyanın yeni müdaxiləsi müharibə sayılacaq və cavab zərbələri ilə nəticələnəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Seulun hərbi obyektlərinin ərazisinə, hava məkanına və ərazi sularına təkrar müdaxiləsinin Pxenyan tərəfindən ölkənin suverenliyinə qarşı ciddi hərbi təxribat, habelə müharibə elanı kimi qiymətləndiriləcəyini vurğulayıb.

"Bunun ardınca dərhal cavab zərbələri endiriləcək", - Nazirlik bəyan edib.

Oktyabrın 19-da Cənubi Koreyaya məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqlarının Pxenyanın ərazilərindən birində tapıldığı bildirilib. Koreya Respublikası rəsmiləri bununla bağlı şərh verməyib.

Xatırladaq ki, Koreya Xalq Ordusunun Baş Qərargahı oktyabrın 9-da Koreya Respublikası ilə avtomobil və dəmir yollarını bağlayacağını və “cənub sərhədini qalaya çevirəcəyini” açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax