Operativ Məlumat Mərkəzi

Küveytdə yeni hökumət and içib - 15.05.2024 23:54

2 dəq
Paylaş:
Küveytdə yeni hökumət and içib - 15.05.2024 23:54

Küveytdə Əhməd Abdulla əl-Əhməd əs-Sabahın rəhbərlik etdiyi yeni and içib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Küveytin rəsmi agentliyi KUNA xəbər verib ki, Əhməd Abdulla əl-Əhməd əl-Sabah və 13 nazirdən ibarət yeni hökumət Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə and içib.

Küveyt əmiri Sabah andiçmə mərasimindəki çıxışında ", şəffaflıq və dürüstlük prinsiplərini gücləndirmək üçün" əvvəllər razılaşdırılmış islahatları davam etdirəcəklərini bildirib.

Vəzifələrinə etinadsız yanaşanları məsuliyyətə cəlb edəcəklərini qeyd edən Sabah hökumətdən strateji layihələrinin icrasının sürətləndirilməsini, fəaliyyət planı və təqvim əsasında prioritetlərin müəyyənləşdirilməsini, qardaş ölkələrlə diplomatik əlaqələrin gücləndirilməsini və onlarla çərçivələrinin inkişaf etdirilməsini istəyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax