Operativ Məlumat Mərkəzi

Kurskda fövqəladə vəziyyət elan edilib

2 dəq
Paylaş:
Kurskda fövqəladə vəziyyət elan edilib

rəhbərliyi hərbi qüvvələrinin Kursk regionuna ilə əlaqədar regionda fövqəladə vəziyyət elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Kurska müdaxilə Ukrayna ordusunun Rusiya ilə sərhədi keçən nadir hücumlarından biridir.

Regionda qızğın döyüşlərin , Ukraynanın bir neçə kəndə nəzarəti ələ keçirdiyi bildirilir.

Qubernator Aleksey Smirnov döyüşlərin getdiyi bölgədən minlərlə insanın təxliyə edildiyini deyib.

Bundan başqa, yaralılara tibbi yardım göstərilməsi üçün digər şəhərlərdən bölgəyə əlavə həkimlər cəlb olunub.

Rusiya prezidenti Vladimir Putin Ukraynanı “böyük təxribat” törətməkdə günahlandırıb.

Məlumata görə, Ukrayna hərbi qüvvələri Rusiya ərazisinə Sudja şəhərindən daxil olublar. Hücum əməliyyatında yüzlərkə hərbçi, o cümlədən, 11 tank, 20 zirehli döyüş texnikası iştirak edib. Rusiyanın hücumların qarşısını aldıqlarını bildirsələr də, bəzi məşhur “Telegram” səhifələri cəbhədə vəziyyətin Moskvanın bildirdiyi kimi sabit olmadığını yazıblar. Rusiya Hərbi qüvvələrinin baş qərargah rəisi Valeri Qerasimov Kurska müdaxilə edən, təxminən, 1000 əsgərdən 100-nü zərərsizləşdirdiklərini, 215-ni yaraladıqlarını deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax