Operativ Məlumat Mərkəzi

Krımda dəmiryolunda partlayış olub, taxıl dolu 5 vaqon relsdən çıxıb- YENİLƏNİB

2 dəq
Paylaş:
Krımda dəmiryolunda partlayış olub, taxıl dolu 5 vaqon relsdən çıxıb- YENİLƏNİB

"Krım azad edilənədək partlayışlar təkrarlana bilər".

"Operativ Məlumat Mərkəzi-OMM" “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

Onun sözlərinə görə, bu gün Krımda baş verən dəmiryolundan daşınması üçün istifadə edirdi: “Həmin silahlar müharibədə istifadə olunur, Rusiya ordusu həmin silah-sursatla bizim mülki əhalini və infrastrukturu hədəf alır”.

10:28***

Rusiyanın ilhaq etdiyi Krımın Simferopol şəhərində dəmiryolunda törədilən partlayış nəticəsində dolu 5 vaqon relsdən çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Mash” yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla səhər saat 8.20-də Simferopolun Baxçasaray rayonunda baş verib. İtki və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Məlumata görə, dəmiryolunun Simferopol-Sevastopol hissəsində elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra onu ilhaq və öz ərazisi elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax