Kosovonun Zveçan şəhərində gərginlik davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, etnik serblər erkən saatlardan etibarən yenidən bələdiyyə binası qarşısında toplaşmağa başlayıblar.
Aksiya iştirakçıları alban əsilli bələdiyyə rəislərinin istefa verməsini tələb edilər. Onlar ötən həftə bu vəzifəyə seçiliblər. Əvvəlki etiraz aksiyaları zamanı bir qrup fəal bələdiyyə binasına müdaxilə etməyə çalışıb.
NATO əsgərləri ilə yaranmış qarşıdurmada 30 NATO əsgəri yaralanıb. NATO rəhbərliyi vəziyyətə nəzarəti ələ almaq üçün Kosovoya əlavə 700 hərbçi göndərib. Gərginliklə əlaqədar Serbiya hökuməti də Kosovo ilə sərhədlərdə əlavə qoşunlar cəlb edib.
Qeyd edək ki, Kosovo 2008-ci ildə Serbiyadan müstəqillik əldə etsə də, rəsmi Belqrad onun suverenliyini tanımır. Hazırda Kosovoda əhalinin əksəriyyətini etnik albanlar təşkil edir.
Kosovoda gərginlik davam edir
Oxşar xəbərlər
Avropa xəbərləri
Ukrayna Rusiyanın logistika mərkəzlərinə zərbələr endirdi
Avropa xəbərləri
Yunanıstanda açıq havada işləmək müvəqqəti qadağan edildi
Avropa xəbərləri
NATO-da Zelenskinin qərarı təəccüblə qarşılandı
Avropa xəbərləri
Aİ və Ukrayna arasında dron istehsalı ilə bağlı yeni saziş imzalandı
Eyni mövzuda
Avropa xəbərləri
NATO qırıcı təyyarələri Polşa ərazisində havaya qalxdı
Avropa xəbərləri
"Lazım gələrsə, döyüşməyə və qalib gəlməyə hazır olmalıyıq”
Avropa xəbərləri
Ankarada NATO sammiti: Müdafiə xərcləri və yeni hədəflər müzakirə olunacaq
Avropa xəbərləri
Mark Rutte NATO-nun qarşısındakı əsas vəzifəni açıqladı
Daha çox: Avropa xəbərləri
Avropa xəbərləri
Avropa İttifaqı Ermənistanda yeni missiya yaradır: Məqsəd nədir?
Avropa xəbərləri
Avropa Komissiyası Ukraynanın dron istehsalına dəstəyi artırır
Avropa xəbərləri
Avropa Xarici Fəaliyyət Xidmətində böhran: "Hyuston, bizdə problem var"
Avropa xəbərləri