Əsas məzmuna keç

Konqoda kəndə silahlı hücum zamanı 21 nəfər öldürülüb

Konqoda kəndə silahlı hücum zamanı 21 nəfər öldürülüb

yerli vətəndaş cəmiyyətinin lideri Patrick Mukohenin məlumatına görə, üsyançı Müttəfiq Demokratik Qüvvələr cümə günü axşam saat 4 radələrində Enebula...

Konqo Respublikasının şərqində silahlı hücum edilib, azı 21 nəfər öldürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM"”ə istinadən xəbər verir ki, yerli vətəndaş cəmiyyətinin lideri Patrick Mukohenin məlumatına görə, üsyançı Demokratik cümə günü axşam saat 4 radələrində Enebula kəndi yaxınlığında fermerlərə pusqu qurub. Hadisə yerində kişi və qadınlara məxsus olan 21 cəsəd aşkarlanıb.

Bölgə üzrə hərbi inzibatçı Ehuta Omeanqa silahlı hücumu təsdiqləyib.

Qeyd edək ki, İŞİD terror təşkilatına bağlı olan Müttəfiq Demokratik Qüvvələr 1990-cı illərdən Konqo Demokratik Respublikasının şərqində möhkəmlənib və o vaxtdan bəri minlərlə dinc sakini qətlə yetirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…