Operativ Məlumat Mərkəzi

Komitə sədri: Bələdiyyələr yersiz cərimələnir, hörmətdən düşür

2 dəq
Paylaş:
Komitə sədri: Bələdiyyələr yersiz cərimələnir, hörmətdən düşür

Bir sıra hallarda yersiz cərimələrə qalır və bu, yaxşı hal deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Məclisin siyasət komitəsinin sədri, Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, bələdiyyələr səlahiyyətlərinə aid olmayan məsələlərlə yüklənir: “Hardasa ağac quruyur, yaxud da yaşıllıq sulanmır deyə buna bələdiyyə cavab verməlidir. Bundan başqa, haradasa tullantı var bələdiyyə bunun üçün cərimələnməlidir. Bu, düzgün deyil və bələdiyyələrin nüfuzuna həddindən artıq ziyan vurur. Məhkəmələr qarşısına gedirlər, hörmətdən düşürlər. Hesab edirəm ki, biz bu barədə düşünməliyik. bu sahə ilə bağlı ayrı-ayrı adamlar məşğul olur. Ona görə də bu kimi nöqsanlar aradan qaldırıla bilər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax