Operativ Məlumat Mərkəzi

Kolumbiya və Çili İsraildən səfirlərini geri çağırıb

1 dəq
Paylaş:
Kolumbiya və Çili İsraildən səfirlərini geri çağırıb

Kolumbiya və Çili Qəzzaya hücumlarına cavab olaraq İsraildəki səfirlərini üçün geri çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hər iki açıqlama verib.

Kolumbiya Prezidenti Qustava Petro İsrailin Fələstin xalqına qarşı törətdiyi qətliamlarla bağlı "X" sosial mediasında paylaşım edib.
Paylaşımda: "İsraildəki səfirimizi məsləhətləşmək üçün çağırmağa qərar verdim. İsrail Fələstin xalqına qarşı qırğınlarını dayandırmasa, biz orada ola bilmərik",- deyə qeyd olunub.

Çili prezidenti Qabriel Boric açıqlamasında İsrailin qanunlarını pozduğunu və Çilinin Təl-Əvivdəki səfirini məsləhətləşmələr üçün ölkəyə dəvət etdiyini bildirib.

"Çili bu hərbi əməliyyatları qətiyyətlə pisləyir və onları narahatlıqla izləyir", - deyə Boric qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax