Operativ Məlumat Mərkəzi

KİV: “Brüssel görüşü ərəfəsində Paşinyanın qorxuları artıb, diasporun "sürprizləri" gözlənilir"

2 dəq
Paylaş:
KİV: “Brüssel görüşü ərəfəsində Paşinyanın qorxuları artıb, diasporun "sürprizləri" gözlənilir"

Ermənistanın Paşinyanın mayın 14-də İlham Əliyevlə Belçikanın paytaxtı Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş ərəfəsində qorxuları artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın “İravunk” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hökumət başçısının narahatlığı xüsusilə erməni diasporunun mümkün təzyiq və təxribatları ilə bağlıdır.

“Diaspor nümayəndələri ilə son təmaslar onu göstərir ki, bundan sonra kimsə susmayacaq. Nikol Paşinyanın Brüsselə səfəri diasporun diqqətindən kənarda qalmayacaq və “sürprizlər” az olmayacaq”, - məqalədə vurğulanıb.

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə liderləri arasında görüş keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax