Əsas məzmuna keç

KİV: ABŞ və Britaniyanın Yəməndəki zərbələrinin hədəfi iki hava limanı və hərbi baza olub - YENİLƏNİB

KİV: ABŞ və Britaniyanın Yəməndəki zərbələrinin hədəfi iki hava limanı və hərbi baza olub - YENİLƏNİB

bu barədə Qətərin “Al Jazeera” telekanalı “Ənsar Allah” hərəkatının (husilər) hərbi nümayəndəsinə istinadən bildirib. Telekanalın məlumatına görə, ABŞ və...

ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunun Səna və Hudeydə hava limanları, həmçinin Əd-Deyləmi aviabazası olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı “ Allah” hərəkatının (husilər) nümayəndəsinə istinadən bildirib.

Telekanalın məlumatına görə, ABŞ və Britaniyanın zərbələrinin əsas hədəfləri Səna , Hudeyda hava limanı və onun ətrafı, həmçinin Yəmənin şimal-qərbindəki Saada şəhərində yerləşən Əd-Dailami hərbi hava bazası və Kelen düşərgəsi olub.

***

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Husi hədəflərinə qarşı ABŞ-Britaniya hərbi əməliyyatı başlayıb”, – mənbələr telekanala bildirib.

Onlar qeyd ediblər ki, hücum xüsusilə Hudeyda limanının kənarında həyata keçirilib. Hudeydanın şərqində husilərin hədəflərinə 5 hava hücumu təşkil edildiyi də vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…