Operativ Məlumat Mərkəzi

Kinostudiyanın ərazisində zərərsizləşdirmə və təmizləmə işləri aparılır - BİRGƏ MƏLUMAT

2 dəq
Paylaş:
Kinostudiyanın ərazisində zərərsizləşdirmə və təmizləmə işləri aparılır - BİRGƏ MƏLUMAT

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində baş vermiş yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN, Baş və ANAMA-nın birgə məlumatında qeyd olunub.

Bildirilib ki, kompleks istintaq tədbirləri çərçivəsində əraziyə prokurorluq əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi (FHN) və Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qrupları cəlb olunub və hadisə yerində keçirilib.

"Əldə edilən sübutlar arasında patronlar, fişənglər, gilizlər, propan qaz balonları, eləcə də təlim məqsədilə istifadə olunan müxtəlif növ partlayıcı vasitələr də aşkarlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində baxış, FHN və ANAMA-nın əməkdaşları tərəfindən isə ərazidə zərərsizləşdirmə və təmizləmə işləri həyata keçirilir.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə hadisə yerinə təcili tibbi yardım briqadaları da cəlb olunub", - birgə məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax